Xırdalanda 64 yaşlı qadın hədələndi: Bahalı zinət əşyası talandı

Abşeron rayonunun Xırdalan şəhərində 64 yaşlı qadın hədələnərək sırğaları talanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qadın polisə müraciət edərək yaşadığı evin girişində naməlum şəxsin kəsici alətlə onu hədələdiyini və 800 manat dəyərində olan qızıl sırğalarının taladığını bildirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, 47 yaşlı T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More