Arda Güler qol vurdu, “Real Madrid” qalib gəldi

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion “Real Madrid” səfərdə “Jirona”nın qonağı olub.

Meydan sahibləri matçda adlı-sanlı rəqibinə müqavimət göstərə bilməyib və 0:3 hesabı ilə məğlub olublar.

Kral klubundan Cud Bellingem (36), Arda Güler (55), Mbappe (62) fərqləniblər.

Beləliklə də, hazırda Karlo Ançelottinin yetirmələri 36 xalla turnir cədvəlində 2-ci yeri tuturlar. Onlar lider “Barselona”dan 2 xal geri qalsalar da, bir oyun az keçiriblər. “Jirona” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More