Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya çatdı

Suriya Prezidenti Bəşər Əsəd ailə üzvləri ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya çatıb. Rusiya onlara sığınacaq verib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Kremldəki mənbə bildirib.

Qeyd olunur ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.

Mənbənin sözlərinə görə, Rusiya BMT-nin himayəsi altında Suriyada nizamlanma üzrə danışıqların bərpasını zəruri hesab edir.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More