Dron sandıqları gənc oğlan çıxdı: Rusiyadan dəhşətli görüntülər

Rusiyanın Voronej şəhərinin sakinləri dəhşətli hadisənin şahidi olublar. Bir çoxları güclü səs-küy və parlaq işıq parıltısından oyanaraq, baş verənləri pilotsuz təyyarənin düşməsi kimi qəbul ediblər. Lakin reallıq daha dəhşətli olub.

Oxu.Az-ın “Baza” “Telegram” kanalına istinadla verdiyi məlumata görə, küçəyə çıxan sakinlər binanın girişinin yanında yanan avtomobil və gənc oğlanın alovlanan cəsədini aşkar ediblər.

Alovu söndürmək cəhdlərinə baxmayaraq, oğlanı xilas etmək mümkün olmayıb. Hadisə yerinə gələn təcili yardım xidmətləri ölümü təsdiqləyiblər.

İlkin məlumatlara görə, gənc oğlan özünü yandıraraq mənzilinin pəncərəsindən tullanıb və park edilmiş maşının üstünə düşüb. Nəticədə avtomobil də tamamilə yanıb. İstintaq orqanları mərhumun şəxsiyyətini və hərəkətinin səbəblərini araşdırırlar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More