İranın Dəməşqdəki səfirliyinə hücum olub, əməkdaşlar qaçıblar

İranın Dəməşqdəki səfirliyinə silahlı şəxslər hücum edib.

Oxu.Az xəbər verir ki, kadrları “Azad İran” “Telegram” kanalı yayıb.

Məlumata görə, Suriyada müxalif qüvvələr paytaxt Dəməşqi ələ keçirdikdən sonra İran səfirliyinin binasından asılmış SEPAH-ın Qüds qanadının keçmiş komandanı, general Qasım Süleymani və “Hizbullah”ın öldürülən lideri Həsən Nəsrullahın şəkilləri olan plakat parçalanıb.

Bildirilir ki, səfirliyin bütün əməkdaşları və SEPAH-a bağlı silahlılar Dəməşqi dərhal tərk ediblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More