İsrail tankları Suriyaya daxil oldu

İsrail ordusunun (SAXAL) tank bölmələri Suriyanın Kuneytra şəhəri yaxınlığında sərhəddəki bufer zonasına daxil olub.

Oxu.Az “Maariv”ə istinadən xəbər verir ki, İsrail ordusunun sərhəddə fəallığı paytaxt Dəməşqin müxalifət tərəfindən ələ keçirilməsi fonunda başlayıb.

Məlumata görə, İsrail artilleriyası Suriyanın cənubunda, Colan təpələrində yerləşən Barika kəndinin ərazisini atəşə tutub.

Qeyd olunur ki, İsrail təyyarələri də Əl-Qasir bölgəsinə zərbələr endirib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More