Rusiyanın Moskva şəhərində, ticarət mərkəzində alıcının əlində smartfon partlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
Məlumata görə, Rusiya paytaxtının şimal-şərqində yerləşən “Vavilon-92” ticarət mərkəzindəki rabitə vasitələri salonunda Çin qadcetinin partlaması baş verib.
Hadisə nəticəsində iki nəfər yaralanıb – müştəri və satıcı.
Bildirilir ki, fövqəladə vəziyyətlə əlaqədar mağazada yanğın başlayıb, ticarət mərkəzinin daxilində güclü tüstü yayılıb. Ticarət mərkəzindən insanlar təxliyə ediliblər.