Bakıda parkdan meyit tapılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən parkda qeydə alınıb.
Sözügedən parkda üzərində zorakılıq əlamətləri görünməyən 45-50 yaşlı kişinin meyiti aşkar edilib.
Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.
Comments are closed.