Bakıda ŞOKA SALAN HADİSƏ: 10 yaşlı uşağın qarnına qapı dəstəyi məktəbdə batıbmış

Bu gün Xətai Tibb Mərkəzində həyata keçirilmiş əməliyyat diqqət cəlb edib.

Lent.az xəbər verir ki, hadisə 107 nömrəli məktəbdə baş verib.

Məktəbdən saytımıza verilən məlumatda da xəbər təsdiqini tapdı.

Belə ki, məlumata görə, 5-ci sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) II mərtəbədə ayaqyouluna gedərkən sürətlə qaçdığı üçün qapının tutacağına toxunub. Nəticədə qapının dəstəyi şagirdin qarın nahiyəsinin dərisinə batıb.

Məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib.

Açıqlamada bildirilib ki, məktəb rəhbərliyi və müəllimlərin müşayiətilə şagird tibb müəssisəsinə çatdırılıb.

Hazırda şagirdin vəziyyətinin kafi olduğu bildirilir.

Xətai Tibb Mərkəzində maraqlı cərrahi əməliyyat yerinə yetirilib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu gün xəstəxanaya gətirilmiş 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb.

Əməliyyat uşaq cərrahı Pərviz Səmədov tərəfindən yerinə yetirib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More