ABŞ-də FTB rəhbəri vəzifəsinə namizəd Keş Patel Zelenskinin fəaliyyətini araşdırmağı planlaşdırır

ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri vəzifəsinə namizədi Keş Patel Ukrayna Prezidenti Volodimir Zelenskinin fəaliyyətini araşdırmağı planlaşdırır.

Oxu.Az-ın verdiyi məlumata görə, o bu barədə “Kash’s Corner” podkastında məlumat verib.

Patel qeyd edib ki, Ukrayna administrasiyasının ABŞ Konqresinin vəsaitlərindən necə istifadə etdiyini müəyyənləşdirmək vacibdir.

“ABŞ xalqı bu suala cavab almalıdır, çünki bu bizim pulumuzdur. Bu, vergi ödəyicilərinin puludur. Konqresin sudan necə quru çıxdığını bilmirəm. Zelenski isə azadlıqdadır”, – deyə Patel bildirib.

ABŞ-də FTB rəhbəri vəzifəsinə namizəd Keş Patel Zelenskinin fəaliyyətini araşdırmağı planlaşdırır







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More