“MDB ölkələri arasında sıx qarşılıqlı əlaqə qarşıya qoyulan bütün vəzifələri etimad və qarşılıqlı anlaşma mühitində həll etməyə imkan verir”.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
O, Rusiya Federasiyasını cari ildə MDB-yə uğurlu sədrliyi münasibətilə təbrik edib və Tacikistana 2025-ci ildə sədr postunda uğurlar arzulayıb.
Nazir, həmçinin qeyd edib ki, Azərbaycanda 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi planlaşdırılır və ölkəmiz bu tədbirlərin keçirilməsinə fəal hazırlaşır.