Orta Dəhliz üzrə yükdaşımalar 100% yaşıl enerji ilə təmin ediləcək.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda dekarbonizasiya ilə bağlı Asiya İnkişaf Bankı ilə birgə layihə həyata keçirilir. Bu günlərdə Bankın missiyası Bakıda idi, onlar dekarbonizasiya istiqamətində dəmir yollarına əlavə qrant ayırılmasına dair ilkin razılığını bildirdilər. Bununla da biz Orta Dəhliz üzrə yüklərin demək olar ki, 100% yaşıl enerji ilə daşınmasını təmin edəcəyik”, – deyə o qeyd edib.
Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyədən keçən və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat marşrutudur. Bakı-Tbilisi-Qars dəmiryol xətti dəhlizin bir hissəsidir.
Məhərrəm Əliyev