Almaniya hökuməti sakinləri ərzaq tədarük etməyə çağırıb

Almaniyanın İctimai Mühafizə və Fəlakətlərin İdarə Edilməsi üzrə Federal İdarəsi sakinləri işıqların kəsilməsinə hazır olmağa və ərzaq tədarük etməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “t-online” xəbər portalına idarənin vitse-prezidenti Rene Funk bildirib.

“Vətəndaşlara müraciət edirəm: fövqəladə hallara hazır olun. Xaricdən kritik infrastruktura hibrid hücumların sayı artır. Biz özümüzü təkcə hərbi cəhətdən deyil, həm də mülki müdafiə və fəlakətlərdən mühafizə sahələrində qorumağı bacarmalıyıq. Hər bir alman ailəsi üç gün özünü qidalandırmaq üçün lazım olan hər şeyə sahib olmalıdır”, – deyə o qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More