Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 252,7 manat təşkil edib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda ortaaylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3% artıb.
Qeyd edək ki, doqquz ayda Azərbaycanda muzdlu işçilərin ortaaylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 993 manat təşkil edib.