Azərbaycan milli komandasının heyətində zədələnən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun ilin qalan hissəsini buraxacağı dəqiqləşib.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının “Kəpəz” və “Turan Tovuz”a qarşı oyunlarda iştirak etməyəcək.
Qeyd edək ki, Emin Mahmudovun gələn ilin əvvəlində düşərgəyə qayıdacağı gözlənilir.