Bakıda konstruksiya dəyişikliyinə uğramış dövlət qeydiyyat nişanı bağlanmadan avtomobili idarə edərək sosial şəbəkədə (“TikTok”) paylaşan sürücü müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü – V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyinə uğramış dövlət qeydiyyat nişanı bağlanmayan VAZ-2107 nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.