Nərgiz Məhəmmədi: “Həbsxananın məni susdurmasına icazə verməyəcəyəm”

2023-cü il Nobel Sülh Mükafatının qalibi, qadın hüquqları müdafiəçisi və güneyli siyasi məhbus, hazırda isə tibbi məzuniyyətdə olan Nərgiz Məhəmmədi Nobel Komitəsinə videozənglə müsahibə verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

“Həbsxanadan kənarda daha çox şey edə bilsəm də, zindanın məni susdurmasına icazə verməyəcəyəm. Qadın və insan hüquqlarına, eləcə də azadlığıma bağlılığıma heç bir həbsxana divarı mane ola bilməz. İnsan və qadın hüquqlarını müdafiə etmək cinayət deyil”, – deyə Nərgiz Məhəmmədi bildirib.

Məhəmmədi İranda siyasi məhbusların səssizcə edam edilməsini pisləyib və bildirib ki, fəaliyyətini davam etdirməsi üçün azad olmalıdır. Güneyli siyasi məhbusun sözlərinə görə, İslam Respublikası onu susdura bilsə belə, onun üçün heç bir şey dəyişməyəcək, çünki İran xalqı artıq ayağa qalxıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More