Putin və Paşinyanın bu gün Moskvada görüşü olacaqmı?

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın 13 dekabr tarixində Moskvaya səfəri çərçivəsində görüşü planlaşdırılmır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Paşinyanı 25-26 dekabrda Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində gözləyirlər.

“Prezident Paşinyanı dəvət edib və digər həmkarları ilə birlikdə onu Sankt-Peterburqda qeyri-rəsmi xarakter daşıyan ənənəvi görüşdə gözləyir, eyni zamanda, orada MDB və Aİİ olacaq. Gündəlikdə duran məsələlər çoxdur”, – deyə Peskov bildirib.

Daha əvvəl Nikol Paşinyanın işgüzar səfərlə Rusiyaya gəldiyi məlum olub. Bu gün Moskvada Paşinyanın sədrliyi ilə Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası keçiriləcək.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More