“Qarabağ” ən çox qol buraxan komandalar siyahısında qərarlaşıb

Avropa Liqasında məğlubiyyətləri sıralayan “Qarabağ” Liqa mərhələsində ən çox qol buraxan komandalar sırasında yer alıb.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun komandası keçirdiyi 6 görüşdə 14 top buraxıb.

Azərbaycan çempionu hər matçda orta hesabla 2.33 qol buraxıb. Bu, turnirin üç ən zəif göstəricisindən biridir.

Yalnız Kiyev “Dinamo”su daha çox qol buraxıb. Ukrayna təmsilçisi topu 15 dəfə qapısında görüb.

“Nitsa” isə “Qarabağ”la eyni göstəriciyə malikdir. Fransa klubu da 14 qola üzülüb. Hər iki komanda “Dinamo”nun antirekordunun bir addımlığındadır.

Bu üçlükdən başqa yalnız iki komanda orta hesabla 2.00-dan daha çox top buraxıb. “Beşiktaş” və Təl-Əviv “Makkabi”si 13 dəfə belə üzüntü yaşayıblar.

Qeyd edək ki, 6 oyunda 3 xal toplayan “Qarabağ” turnir cədvəlində 33-cüdür.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More