Ünvanlı sosial yardımla bağlı vətəndaşlara köməklik göstərəcəklərini vəd edən bəzi dələduzlar onların vəsaitlərini mənimsəməyə çalışırlar.
Sosial şəbəkələrdə saxta səhifələr açıb, bu kimi “yardım” təklif edən şəxslər kifayət qədər çoxdur.
Baku TV məsələni araşdırmaq məqsədilə həmin şəxslərlə əlaqə saxlamağa çalışıb.
“Instagram” üzərindən başlayan söhbət “WhatsApp”da başa çatıb və üzbəüz görüşməyi qəbul etməyən “yardımsevər” əvvəlcədən onun kart hesabına 50 manat köçürülməsini tələb edib.
Müavinət düzələndən sonra isə bir aylıq məbləğin ona çatacağını bildirib.
Müavinət düzəldəcəyini iddia edən digər bir şəxs isə daha böyük vədlər verib:
“Yüz faiz alınacaq. Sosial yardım düzəldə bilməsək, insanları yalan vədlə aldatmarıq. Sizə hansı sualların veriləcəyini bilirik və nə cavab verməli olduğunuz haqqında məlumat verəcəyik”.
Ətraflı süjetdə: