“Turan Tovuz” klubunun ayağı sınan futbolçusunun yaşıl meydanlara qayıdacağı tarix bəlli olub – ÖZƏL

“Turan Tovuz” klubunun ayağı sınan futbolçusu Denis Marandiç təxminən üç ay sonra məşqlərə başlayacaq.

Bunu Oxu.Az-a açıqlamasında “Turan Tovuz” klubunun mətbuat katibi Süleyman Tağızadə bildirib.

“Denis Marandiçin sağalma prosesi təxminən üç ay davam edəcək. Bu müddət ərzində futbolçu ayağını yerə qoya bilməz. Marandiç bu müddət ərzində çəliklə gəzəcək. O, həmin period başa çatdıqdan sonra bərpa prosesinə başlayacaq. Daha sonra müalicəsinə yüngül hərəkətlərlə davam ediləcək”, – S.Tağızadə deyib.

Mətbuat katibinin sözlərinə görə, futbolçu təxminən mart ayında komandanın düşərgəsinə qayıdacaq.

Qeyd edək ki, “Turan Tovuz” klubunun futbolçusu Denis Marandiç Azərbaycan Kubokunun 1/8 finalının “Sabah”la oyununda Pavol Safranko ilə mübarizə zamanı ayağı sındığı üçün meydanı tərk edib.

Dekabrın 5-də Denis əməliyyat olunub. Beş gün sonra isə evə buraxılıb.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More