Türkiyə Futbol Federasiyası Dursun Özbeki 30 günlük cəzalandırıb

Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”ın prezidenti Dursun Özbeki cərimələyib.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Prezidentin televiziya kanallarında və klubun sosial media hesabında verdiyi açıqlamalar onun cərimələnməsinə səbəb olub.

Belə ki, Özbekin qatıldığı televiziya proqramında verdiyi açıqlamalara görə 150 ​​min Türkiyə lirəsi, klubun sosial media hesabından paylaşdığı ifadələrə görə isə 210 min lirə cərimə və 30 gün hüquqlarından məhrum edildiyi bildirilib.

Qeyd edək ki, “Qalatasaray” – “Sivasspor” matçında meydanda baş verən insidentlər və komanda olaraq idmana yaraşmayan hərəkətlərə görə “aslanlar” ümumilikdə 785 min Türkiyə lirəsi cərimə olunublar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More