Türkiyəni silkələyən növbəti zəlzələ: Ətraf əyalətlərdə təşviş yaşanır

Türkiyənin Egey dənizi hövzəsində gün ərzində ikinci zəlzələ baş verib. Budəfəki təkanlar 4.8 bal gücündə olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilir ki, Yerin təxminən 16 km dərinliyində qeydə alınan təkanlar ətraf əyalətlərdə də hiss olunub və əhali arasında təşviş yaradıb.

Qeyd edək ki, bu gün Egey dənizində səhər saatlarında da zəlzələ baş verib. 3.7 bal gücündə zəlzələnin dərinliyi 8.51 kilometr olaraq qeydə alınıb. Həmçinin, Sultandağında (Afyonkarahisar) 12.51 km dərinlikdə 3.9 bal gücündə zəlzələ qeydə alınıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More