Çempionlar Liqasında Liqa mərhələsinin VI turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Oxu.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Arsenal”ın hücumçu Bukayo Saka olub.
23 yaşlı ingiltərəli futbolçu sorğuda “Bavariya”dan Maykl Olise, “Atletiko”dan Antuan Qrizmann və “Brest”dən qapıçı Marko Bizonu qabaqlayıb.
Qeyd edək ki, Bukayo Saka “Arsenal”ın “Monako”nu 3:0 hesabı ilə məğlub etdiyi görüşdə iki qol vurub və bir qolun ötürməsini edib.