Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak OLDU

Daha bir azərbaycanlı Ukraynada gedən döyüşlərdə həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, 36 yaşlı Timur Asif oğlu Əliyev Luqansk vilayətində həlak olub. O, 2022-ci ilin iyul ayından etibarən Donetsk və Luqansk vilayətlərində döyüşlərdə iştirak edib.

Qeyd edək ki, mərhum Ukraynanın Lvov vilayətində yaşayıb. Ailəli olub və iki övladı var.

Xatırladaq ki, 15 dekabr tarixində azərbaycanlı Zahid Rzayev də Rusiya-Ukrayna müharibəsində həlak olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More