Oskar Piastri “Formula-1” üzrə Azərbaycan Qran-prisini digərlərindən fərqləndirib

“Formula-1” üzrə dünya çempionatında çıxış edən “McLaren” komandasının pilotu Oskar Piastri başa çatan mövsümdə Azərbaycan və Macarıstan Qran-prilərinin onun üçün xüsusi olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, avstraliyalı sürücü bu barədə “Race Fans”a açıqlama verib.

Piastri Monako, Montsa (İtaliya) və Spadakı (Belçika) yarışları da xüsusi qeyd edib:

“Formula-1″dəki iki mövsümdən sonra məni hələ qarşıda çox şey gözləyir”.

Qeyd edək ki, Oskar Piastri həm Bakıdakı yarışda, həm də Macarıstan Qran-prisində qalib olub. O, mövsümü fərdi sıralamada dördüncü pillədə başa vurub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More