Türkiyə Superliqası: “Qalatasaray” – “Trabzonspor” matçında 7 qol vuruldu

Türkiyə Superliqasının 16-cı turunun mərkəzi qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, çempion “Qalatasaray” doğma azarkeşləri önündə “Trabzonspor”u qəbul edib.

Qarşılıqlı qollarla yadda qalan matçda qalib son anda müəyyənləşib. Meydan sahiblərinin 90+8-ci dəqiqədəki qolu onlara qələbə qazandırıb – 4:3.

Bu nəticədən sonra “cim-bom” turnir cədvəlindəki liderliyini qoruyur. 41 xala malik İstanbul təmsilçisi ən yaxın izləyicisi “Fənərbağça”nı 6 xal qabaqlayır. “Trabzonspor” isə 16 xalla 15-ci pillədə qərarlaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More