“Adidas” şirkəti “F50 LY304” adlı yeni buts modelini Lamin Yamala həsr edib.
Oxu.Az “Goal”a istinadən xəbər verir ki, məhdud sayda olan buraxılış modeli “Barselona”nın hücumçusu Lamin Yamala həsr olunub.
Adı ispaniyalı futbolçunun doğulduğu şəhərin – Espluques de Llobreqatın poçt indeksi ilə eyniləşdirilib.
Qeyd edək ki, butslar dünyada cəmi 304 cüt satılacaq.