Azərbaycan Dəmir Yollarına məxsus şirkətin adı dəyişdirilib

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus “Astara Terminal” MMC-nin adı “Cənub Yük Terminalı”na dəyişdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Xatırladaq ki, ADY sözügedən şirkəti 2020-ci ildə yaradıb. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İranın inşa etdiyi Astara terminalında yükaşırma əməliyyatları aparır. Terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1.4 km məsafədə yerləşir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More