Bakıda və Abşeron yarımadasında dekabrın 18-də axşamdan dekabrın 19-da gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur.
“Azərbaycanın rayonlarında da dekabrın 18-də gündüzdən dağlıq ərazilərdən başlayaraq dekabrın 19-da gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Dekabrın 19-da gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq”, – deyə məlumatda bildirilib.