Beynəlxalq olimpiadanın qalibi çıxılmaz vəziyyətdə

Ucar rayonunun Bərgüşad kənd 1 nömrəli tam orta məktəbinin 6-cı sinif şagirdi Minayə Hacılının nailiyyətləri saymaqla bitmir.

O, Bakıda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında öz kateqoriyası üzrə birinci yeri tutaraq final mərhələsində iştirak etmək üçün Tailanda dəvət alıb.

Lakin bu mühüm yarışda iştirak etmək üçün 11 yaşlı məktəbliyə maddi dəstək lazımdır.

“Minayənin ən böyük arzusu həmin olimpiadada Azərbaycanı layiqincə təmsil etməkdir. Bunun üçün bizə təxminən 2 min dollar vəsait tələb olunur. Ancaq buna maddi imkanımız çatmır. Hazırda həm özüm, həm də həyat yoldaşım işsizik” ,- deyə məktəblinin atası Azad Hacıyev bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Beynəlxalq olimpiadanın qalibi çıxılmaz vəziyyətdə







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More