Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, 21 nömrəli məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
“Gəncə Şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici, deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. Hazırda araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək.
Qeyd edim ki, hadisə məktəbdən kənarda qeydə alınıb”, – deyə E.Qasımov vurğulayıb.
Əzizə İsmayılova