HƏMAS-la razılığın əldə olunduğu iddia edilir: Hansı girovları azadlıq gözləyir?

Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində tibbi yardıma ehtiyacı olan israilli girovları, həmçinin anklavda saxlanılan yaşlı insanları və qadın hərbi qulluqçularını azad etməyə razılaşdığı iddia olunur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

Nəşrin mənbələrinin məlumatına görə, yaxın bir neçə saat Qəzza ilə bağlı danışıqlar üçün həlledici ola bilər.

Kanal iddia edir ki, HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində anklavda hərbi əməliyyatların tamamilə dayandırılması tələbindən imtina edib, lakin israr edir ki, Qəzzanın şimal rayonlarının sakinləri İsrail hərbçiləri tərəfindən əlavə axtarışlar aparılmadan evlərinə qayıtmaq imkanı əldə etməlidirlər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More