Mixail Mudrikin futboldan uzaqlaşdırılmasının səbəbkarı kimdir?

Ukrayna Atletika Federasiyasının keçmiş prezidenti Yevgeni Pronin Mixail Mudrikin futboldan uzaqlaşıdırılmasının səbəbkarı kimi futbolçunun keçmiş rusiyalı sevgilisini günahlandırıb.

Oxu.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu həmyerlilərinin rusiyalı gözələ ukraynalı futbolçunun dopinq testinin müsbət çıxmasında töhfəsinə görə təşəkkür etməyə başlamasından sonra baş verib.

Violettanın son “Instagram” paylaşımının şərhlərində bəzi həmvətənləri artıq ona təşəkkür edirlər.

Qeyd edək ki, Mudrikin bədənində qadağan olunmuş maddə – meldonium aşkar edilib. Futbolçunu 4 illik diskvalifikasiya gözləyir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More