Futbol üzrə Qitələrarası Kubokun final matçında “Real Madrid” (İspaniya) “Paçuka” (Meksika) ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Qətərin paytaxtı Doha şəhərində yerləşən “Lusail” stadionunda keçirilən görüş gözlənildiyi kimi “Kral klubu”nun xeyrinə başa çatıb – 3:0.
Qolları Mbappe (37), Rodriqo (53), Vinisius Junior (84) vurublar.
Qeyd edək ki, Qitələrarası Kubok turnirində hər konfederasiyasının Çempionlar Liqasını qazanmış klublar iştirak edir. Bu qələbə sayəsində “Real Madrid” klubu tarixində 106-cı rəsmi kuboku əldə edib.