“Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyirlər”.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Qərbin dağıdıcı hərəkətlərinin əksinə olaraq, Rusiya bu regionda konstruktiv tədbirlər həyata keçirir. Bir çox cəhətdən dövlətimizin səyləri nəticəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyiş göstərdiyi müşahidə olunur”, – deyə Gerasimov bildirib.
Onun sözlərinə görə, hazırda dövlətlərarası sərhəd xəttinin ən çətin hissələrindən birinin – Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında demarkasiya başa çatıb.