Soçidə Xerota çayı məcrasından çıxdı: Əhaliyə xəbərdarlıq edildi

Rusiyanın Soçi şəhərinin Adler rayonunda Xerota çayı daşaraq məcrasından çıxıb və ətraf əraziləri basıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Xerota çayı təhlükəli hadisə göstəricisi səviyyəsinə qalxıb”, – deyə məlumatda bildirilir.

Mülki müdafiə və əhalinin mühafizəsi idarəsinin rəisinin əmri ilə Mars-Arsenal sistemi vasitəsilə xəbərdarlıq edilib.

“Xerota çayında suyun səviyyəsi yüksək olaraq qalır, çay öz sahillərini aşıb və yaxınlıqdakı alçaq əraziləri, bəzi ünvanlarda evlərə bitişik əraziləri su basıb. Evlərə su daxil olmayıb”, – deyə məlumatda qeyd edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More