4 yaşlı Atilla dünya işığına həsrət qalıb: Ən böyük arzusu anasını görməkdir

4 yaşlı Atilla Nəcəf oğlu Mayılov bir neçə xəstəliklə mübarizə aparır.

Bu barədə Oxu.Az-a onun atası Mayılov Nəcəf məlumat verib.

O qeyd edib ki, övladı epilepsiya, hidrosefaliya, braxasefaliya, kəskin əzələ gərginliyi və görmə sinirinin hissəvi atrofiyası kimi xəstəliklərdən əziyyət çəkir:

“Bu xəstəliklərin müalicəsi müxtəlif dərmanlarla davam etdirilir. Gözləri isə sadəcə güclü işığı görə bilir. Xəstəliyin müalicəsi Başqırdıstan, Ufa şəhərində “Alloplant” xəstəxanasında bir neçə mərhələdə edilir.

Bunun üçün 30 min manata ehtiyacımız var. Məbləğin 11 min manatı toplanılıb. Sizlərə üz tuturam, geri qalan məbləği yığmağımız üçün əlimizdən tutun. Övladım uşaqlığını yaşaya bilməyəcək, heç olmasa, bundan sonra onun üçün yaxşı olsun. Atillanın ən böyük arzusu anasını görməkdir. O, əlləri ilə anasına toxunub onu hiss etməyə çalışır. İmkanlı şəxslərdən xahiş edirəm, balama dünya işığını görmək üçün yardım etsinlər. Qalan məbləği tamamlayaraq onun müalicəsi üçün başlayaq”.

Əlaqə nömrəsi: 055 512 15 66

Kapital bank

4169 7388 3381 3276

4 yaşlı Atilla dünya işığına həsrət qalıb: Ən böyük arzusu anasını görməkdir







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More