Akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə balıqçılıq təsərrüfatlarının uçotunun aparılması məqsədilə, ölkədə faktiki fəaliyyət göstərən və uçotda olmayan akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndirilməklə monitorinqlərinin aparılması ilə bağlı tədbirlər görəcək.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni yaradılmış Balıqçılıq və Akvakultura Mərkəzi dövlət qeydiyyatına alındığı günə qədər hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirməlidir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More