Bakıda AĞIR QƏZA – 11 yaşlı qız öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan-Türkan avtomobil yolunda baş verib.

35 yaşlı Davud Əhməd oğlu Əhmədovun idarə etdiyi avtomobillə 34 yaşlı Elvin Zülfüqar oğlu Allahverdiyevin idarə etdiyi qızıl rəngli “Hyundai Avente” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb. Sərnişinlərdən biri 11 yaşlı Zəhra Davud qızı Əhmədzadə aldığı xəsarətlərdən Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More