Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Təl-Əviv bölgəsində İsrailin hərbi hədəflərinə zərbələr endiriblər.
Oxu.Az-ın “Al Masirah” telekanalına istinadən məlumatına görə, bunu üsyançıların nümayəndəsi Yəhya Saria bildirib.
“Yəmən Silahlı Qüvvələrinin raket qoşunları hərbi əməliyyat keçirərək, iki “Fələstin-2” hipersəs ballistik raketi ilə İsrailin Yaffa (Təl-Əviv – red.) bölgəsindəki iki kritik hərbi obyektinə hücum edib. Əməliyyat uğurlu olub “, – deyə hərəkatın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Təl-Əvivə raket zərbəsi İsrailin Yəmənə hücumu ilə eyni vaxtda endirilib.