İngiltərə Liqa Kuboku: “Liverpul” yarımfinalda

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin görüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, kubokun hazırki sahibi “Liverpul” səfərdə “Sauthempton”un qonağı olub.

Mersisayd klubunun 2 dəqiq zərbəsinə meydan sahibləri yalnız 1 qolla cavab veriblər – 1:2. Bu nəticə ilə Arne Slotun yetirmələri adlarını yarımfinala yazdırıblar.

Qeyd edək ki, “Liverpul”un yarımfinaldakı rəqibi dekabrın 20-də baş tutacaq püşkatmadan sonra bəlli olacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More