“Hicab problemini təzyiqlə və sərt şəkildə həll etmək olmaz”.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə tanınmış ruhani Nasir Məkarim Şirazi bəyan edib.
O, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafla görüşündə ölkədə məcburi hicabla bağlı məsələdən söz açıb:
“İranda hicab, siyasi məsələyə çevrilib. Bu problemi təzyiqlə və sərt şəkildə həll etmək olmaz, ancaq müsbət üsullardan istifadə edilməlidir”, – deyə o bildirib.
Məkarim Şirazi İranda elektrik enerjisinin kəsilməsinə görə də hökumət rəsmilərini tənqid edib. O, baş verənlərin səbəbinin qarşıya qoyulan vəzifələrin yerinə yetirilməməsi və məsuliyyətsizlik olduğunu vurğulayıb:
“Bir plan düşünün ki, gələcəkdə belə problemlər yenidən təkrarlanmasın”, – deyə tanınmış ruhani qeyd edib.