İsmayıllıda sanitar qovşaqdan meyit tapılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə İvanovka kəndində baş verib.
20 yaşlı Vitali Yuryeviç Minnikovun meyiti yaşayış evinin həyətində evdən ayrı tikilmiş sanitar qovşaqda atası tərəfindən tapılıb. Mərhumun nədən öldüyü isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.