“Limonçik” ilə maşın nömrələri oğurlayanlar saxlanıldıl: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş

Polis Nərimanov, Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri müəyyən edərək saxlayıb.

Oxu.Az Manset.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində “Toyota” və “Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn, əkiz qardaşı Y.Hüseyn, 20 yaşlı Ş.Kərimli, 19 yaşlı R.Ağayev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Onlar oğurladıqları dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.

Onların Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Toyota”, “Hyundai”, “Range Rover” və “Mercedes-Benz” markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.

Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində yerləşən avtomobil təmiri sexində “Opel” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən 24 yaşlı Ə.İsmayıllı saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Ə.İsmayıllı “Limonçik” ləqəbi ilə tanınır. O, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşmışdı.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More