Rusiya Prezidenti Vladimir Putin Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvaya sığınmasından sonra onunla görüşməyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə dövlət başçısı ilin yekunlarına həsr olunmuş konfransda bəyan edib.
“Mən hələ prezident Əsədlə onun Moskvaya gəlişindən sonra görüşməmişəm, amma bunu etməyi planlaşdırıram”, – deyə o bildirib.
O, həmçinin xarici müxbirin Suriyada 12 il əvvəl itkin düşmüş amerikalı jurnalist haqqında sualını cavablandırıb.
Putin qeyd edib ki, Suriya prezidentinin itkin düşmüş jurnalist haqqında nəsə bildiyinə əmin deyil, lakin görüş zamanı bu sualı verəcəyini vəd edib.