Qurban Qurbanova Türkiyə və Avropa klublarından təklif gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun baş direktoru Emrah Çelikel “beinsport”a açıqlamasında danışıb.
“Türkiyədən bəzi komandalar baş məşqçimizlə görüşmək istədi. Amma hocamız “Qarabağ”dan ayrılmağı istəmədi. Klubun mənəvi dəyəri var və Qurban bəy də Vətəninə, bayrağına çox bağlı bir insandır. 2008-ci ildən Qurbanovla çalışırıq. Heç vaxt ayrılıq düşüncəsi olmadı. Avropa klubları da görüşmək istəsələr də, hocamız onlara da konkret cavab verib”, – o bildirib.