Rusiya Şimal-Cənub dəhlizi ilə daşımalara dair sazişi dəstəkləyib

Rusiya hökuməti Moskva və Bakı arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımalarının birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustinin imzaladığı sərəncamda bildirilir.

Sənəddə qeyd olunur ki, sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini artırmaq və Şimal-Cənub dəhlizinin qərb marşrutunun potensialını artırmaqdır.

Rusiya və Azərbaycan sənədin tələblərini və iki ölkənin qanunvericiliyini nəzərə almaqla, tranzit daşımalar zamanı malların öz əraziləri üzrə sərbəst hərəkətini təmin edəcəklər. Gömrük nəzarəti qaydaları həm qanunvericiliklə müəyyən edilmiş razılaşmalara, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalq müqavilələrə əsaslanacaq.

Sənəddə həmçinin dəmir yolu infrastrukturu yeniləndikdən sonra Rusiyadan Azərbaycana hər il daşınmalı olan yüklərin zəmanətli həcmi də müəyyən edilib. 2028-ci il yanvarın 1-dən bu həcm ən azı 5 milyon ton olacaq, daha sonra isə hər il 15 milyon tonadək arta bilər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More