Rusiyanın Kamçatka diyarında yükdaşıma həyata keçirən “An-2” təyyarəsi radarlardan yoxa çıxıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, məlumatı regionun fövqəladə hallar naziri Sergey Lebedyev də təsdiqləyib.
Qeyd olunub ki, “An-2” təyyarəsində üç ekipaj üzvü olub. Hələlik onların taleyi haqqında məlumat verilmir.