Rusiyada məhkəmə batan “Volqoneft-212” tankerinin kapitanını iki ay müddətinə həbs edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya İstintaq Komitəsinin Krım Respublikası və Sevastopol şəhəri üzrə Baş İstintaq İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, o, ekipaj üzvünün ölümü ilə nəticələnən dəniz nəqliyyatının təhlükəsizliyi və istismarı qaydalarını pozmaqda ittiham olunur.
“İstintaqın tələbi ilə “Volqoneft-212″ neft tankerinin kapitanı dəniz nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozmaqda, ekipaj üzvünün ölümünə səbəb olmaqda təqsirləndirilir”, – məlumatda bildirilir.
Öz növbəsində, Kerç boğazında qəzaya uğrayan “Volqoneft-239” tankerinin kapitanı da məhkəmə tərəfindən iki aylıq ev dustaqlığına göndərilib.